Astarada “Mercedes” yük maşını ilə toqquşub, ölən var

Astarada “Mercedes” yük maşını ilə toqquşub, ölən var

Astara rayon sakini N.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən Saatlı rayon sakini M.Gülalıyevin idarə etdiyi “Saz” markalı yük avtomobilinə vurub.

Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, nəticədə N.Məmmədovun sərnişinlərindən Lənkəran şəhər sakini Hüseyn Abdullazadə hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Hadisə xəbərləri
Azvision.az digər xəbərlər