“At və insan” -FOTOREPORTAJ...

“At və insan” -FOTOREPORTAJ...

Qədim dövrdən atların insan həyatında çox böyük rolu var. Bu gün də insan əməyinin yarıdan çoxunu atlar yerinə yetirir. Atların həm də hər kəsi heyrətləndirmək və insanların psixologiyasına təsir etmək gücü var. At minmək insanların əzələlərinə də müsbət təsir edir. Onurğa problemləri olan insanlar və azyaşlı uşaqların hərkət sisteminin reabiltasiyası kursları zamanı atlardan istifadə olunur.


Atların rənglərinə görə xarakterlərini müəyyən etməyin mümkün olduğu bildirilir. Deyilənə görə qara rəngli atlar daha dözümlü və sürətli olur. Qırmızı rəngli atların xarakteri isə stabil olur. Digər bir deyimə görə isə atların xarakterinə onların velideynləri, cinsləri və ilk illərdə necə yetişdirdikləri əsas rol oynayır.


Ən ağır çəkili at Samson hesab olunur və onun çəkisi 1520 kiloqram olub. Hələki bu çəkidə ikinci bir at qeydə alınmayıb. Atların çox yaxşı inkişaf edən duyğu orqanları var. Onlar insanların eşidə bilməyəcəyi səsləri rahatlıqla duyurlar. Atların eşitmə sistemləri o qədər ideal quruluşa malikdir ki, onlar ən kiçik səsi nəinki eşitməyə, hətta onu gücləndirməyə qadirdir. Bu xüsusiyyətlər unikal hesab edilə bilər. Atların iy bilmə qabiliyyəti də çox yüksəkdir. Onlar görmə qabiliyyətini itirsələr belə, iy bilmə qabiliyyəti sahəsində məsafələri qətt etməyə malikdirlər. Atların unikal xüsusiyyətlərindən biri də onların görmə bucağının 360 dərəcə olmasıdır. Bu o deməkdir ki, atlar nəinki yanlarında və öndə, hətta arxada nə baş verdiyini belə görə bilirlər. Onlar qaranlıqda da rahat görə bilirlər.

Atlar dodaqları və dırnaqları ilə də çox idal hissetmə xüsusiyyətinə malikdirlər. Atların dırnaqları ən incə duyğu oqranlarından hesab edilməklə yanaşı, həmçinin atların qan dövranında da mühüm rol oynayır. Dırnaqlara düşən ağırlıq qüvvəsi onlara təzyiq edərək qanın yuxarı hərəkət etməsini təmin edir. Çəkilərinin ağır olması səbəbi ilə atların ayaqlarından birinə zərər dəyərsə, o biri üç ayağı üstündə də dura bilmirlər. Buna görə də atlar üçün ayaqdan zədələnmək böyük bir əziyyətdir.

Ölkənin cənub bölgəsində əkinçiliklə məşğul olan insanlar əsasən bir çox işlərini atların köməyi ilə həyata keçirirlər. Beləliklə, “At və insan” adlı fotoreportajımızı təqdim edirik.


Vasif Əlihüseyn

Fotolar müəllifindir.

Mədəniyyət xəbərləri
Moderator.az digər xəbərlər