Ata qızına erotik mesajlar göndərən müəllimi döydü - VİDEO

Ata məktəbli qızına sataşan müəllimi "şil-küt edib".
BiG.AZ milli.az-a istinadən xəbər verir ki, ata 15 yaşlı qızına əxlaqsız mesajlar göndərən 30 yaşlı müəllimi döyüb.Məktəbin təhlükəsizlik kamerasına düşən görüntülərə görə qızı ilə birlikdə dəhlizə daxil olan ata müəllimi görən kimi onun üzərinə hücum edib və yumruqlayıb.
O, 15 saniyə ərzində 22 yumruq zərbəsi endirib. Hadisədən sonra Jorge Cruceno adlı müəllim vəzifəsindən kənarlaşdırılıb. Jorge Crucenonun qaşı partlayıb, üz dərisi yırtılıb. Ona xəstəxanada tikiş qoyulub.
Qeyd edək ki, hadisə Argentinada, San Juan şəhərindəki məktəbdə baş verib.