Ata qızını axtarır - Şəfadan 2 gündür xəbər yoxdur

Ata qızını axtarır - Şəfadan 2 gündür xəbər yoxdur

Ata qızını axtarır - Şəfadan 2 gündür xəbər yoxdur

12:04 10 May 2019

Gəncə şəhər sakini itklin düşüb.


Femida.az-ın məlumatına görə, mayın 8-də Gəncə şəhərində yaşayan, 1983-cü il təvəllüdlü Məmmədov Ramil Şekspir oğlu Nizami rayon Polis idarəsinə ərizə ilə müraciət edərək, qızı, 2001-ci təvəllüdlü Məmmədova Şəfa Ramil qızının mayın 8-də saat 02:30 radələrində evdən xəbərsiz çıxıb və bir daha geri qayıtmadığını bildirib.

Məmmədova Şəfa Ramil qızının əlamətləri: boyu 161 sm, arıq bədən quruluşlu, qarabənizdir. Saçları uzun və qara, gözləri qara rəngdədir. Sol qaş nayihəsində köhnə yara izi, çapıq vardır. Əynində uzunqol papaqlı qadın koftası, qara şalvar, ayağında ağ rəngli idman ayaqqabısı olub.

Faktla bağlı Gəncə şəhəri Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 31


Hadisə xəbərləri
Femida.az digər xəbərlər