Ata qumar borcuna görə öldürülən oğlunun qisasını aldı və ... - TƏFƏRRÜAT (VİDEO)

Ata qumar borcuna görə öldürülən oğlunun qisasını aldı və ... - TƏFƏRRÜAT (VİDEO)

Xəbər verdiyimiz kimi Rusiyanın paytaxtı Moskvada iki azərbaycanlının ölümü ilə nəticələnənhadisəbaş verib.

BAKU.WS-in əldə etdiyi məlumata görə, qətl hadisəsi qisas zəminində törədilib.

Belə ki, atəş açan Rəsul Abdullayevin oğlu bir müddət əvvəl qumar borcuna görə öldürülüb. 60 yaşlı kişi əlinə silah alaraq oğlunun qatili olduğuna inandığı Vaqif Hümbətovu öldürmək məqsədilə güdüb.

Onu Moskvanın"Novıye Çeremuşki" (Новые Черемушки) metrostansiyasının

çıxışında qarşılayaraq güllələyərək qətlə yetirib. Daha sonra isə əlindəki silahla özünü də öldürüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.



Hadisə xəbərləri
Panorama.az digər xəbərlər