“AtaBank” "Formula 1" yarışları zamanı fasiləsiz xidmət göstərəcək FOTO

“AtaBank” "Formula 1" yarışları zamanı fasiləsiz xidmət göstərəcək FOTO

"AtaBank" ASC Bakıda növbəti dəfə təşkil olunan "Formula 1" Azərbaycan Qran Prisi zamanı iş rejimi ilə bağlı məlumatı diqqətinizə çatdırır.

Bankın aşağıdakı filialları 27-28 Aprel tarixlərində saat 09:00-dan–18:00-dək xidmət göstərəcək:

· “Bakı” filialı: Neftçilər pr., 67; Tel: (012) 437 23 71, 437 23 72

· “Sahil“ şöbəsi: Puşkin küç. 9; Tel: (012) 598 11 36

Filialların xüsusi iş rejiminə keçidi "Formula-1" Azərbaycan Qran-Prisi zamanı həm yerli müştərilərə, həm də şəhərin qonaqlarına keyfiyyətli və fasiləsiz xidmət göstərmək məqsədi daşıyır.

25 ildən artıq fəaliyyət göstərən “AtaBank” ASC müasir və universal Azərbaycan bankıdır. Bank Bakıda və ölkənin müxtəlif regionlarında korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.

loading...

İqtisadiyyat xəbərləri
Sia.az digər xəbərlər
Əli Həsənov: "İctimai rəyi çaşdırmağa çalışanların cəhdləri iflasa uğradıqdan sonra restoranları, kafeləri hədəf götürməyə çalışırlar"

Əli Həsənov: "İctimai rəyi çaşdırmağa çalışanların cəhdləri iflasa uğradıqdan sonra restoranları, kafeləri hədəf götürməyə çalışırlar"

26-04-2019 21:56 - Sia.az - Siyasət
Turizmin güclü inkişaf etdiyi bütün şəhərlərin tarixi mərkəzi təkcə mədəniyyət nümunələri ilə deyil, həm də ora gələn çoxsaylı qonaqların rahatlığı üçün müasir infrastruktur, çoxsaylı məişət-iaşə obyektləri ilə zəngindir.

SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov "Facebook" səhifəsində yazıb.

Ə.Həsənov qeyd edib ki, bu gün Bakımızın mərkəzi öz gözəlliyi, rahatlığı, cəlbediciliyi, ən əsası isə qabaqcıl infrastrukturu ilə sözün əsl mənasında dünyanın ən gözəl şəhərləri ilə müqayisə oluna bilər:

"Çox təəssüf ki, feyk məlumatlarla ictimai rəyi çaşdırmağa çalışanların bütün cəhdləri iflasa uğradıqdan sonra indi də siyasi maraq qrupları, ayrı-ayrı fərdlər restoranları, kafeləri, suvenir satış nöqtələrini hədəf götürməyə çalışırlar.

Görünür, dünyagörüşünün məhdudluğu bu insanlarda turizm mərkəzləri haqqında da yanlış təsəvvürün formalaşmasına səbəb olub.

Yalan, böhtan üzərində qurulan siyasət gec-tez ifşa olunur, bu üsulla populyarlıq qazanmaq istəyənlər ictimai qınağa rast gəlir və olan-qalan nüfuzlarını da itirirlər.