AtaBank kompensasiya ödənişlərinin verilməsinə başladı - FOTO

AtaBank kompensasiya ödənişlərinin verilməsinə başladı - FOTO

"AtaBank” ASC ölkə Prezidentinin imzaladığı "Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərmanın icrası ilə əlaqədar olaraq aprelin 23-dən etibarən müştərilərinə kompensasiyaların ödənişinə başlayıb.


AZXEBER.COM xəbər verir ki, bankın paytaxt və region filialları müştərilərə operativ şəkildə xidmət göstərməsi üçün gücləndirilmiş iş rejiminə keçiblər. Bundan əlavə kompensasiya üçün müraciət edəcək müştərilərin rahatlığının təmin olunması məqsədilə onlara sms bildiriş vasitəsilə filiala dəvət göndərilir. Əlaqə nömrələrini dəyişmiş müştərilərdən bankın Qaynar xəttinə zəng edərək yeni telefon nömrələrini təqdim etmələri xahiş olunur.


Qeyd edək ki, məbləği 500 manatadək olan ödənişlər nağd, göstərilən məbləğdən artıq olan kompensasiyalar isə ödəniş kartları vasitəsilə həyata keçiriləcək.


Problemli kreditlərin kompensasiyası üzrə əlavə suallarınızı WhatsApp/Telegram nömrəsinə 050 9999 136 ünvanlaya və ya 136 Qaynar xəttinə zəng edə bilərsiniz.

İqtisadiyyat xəbərləri
Azxeber.com digər xəbərlər
Azərbaycana qarşı “4 kalon”dan hücum və “5-ci kalon”un missiyası

Azərbaycana qarşı “4 kalon”dan hücum və “5-ci kalon”un missiyası

23-04-2019 14:52 - Azxeber.com - Siyasət
Beləliklə, tarixin sonrakı dövründə bütün hərbi və siyasi hücumlarda "5-ci kalon” təcrübəsindən gen-bol istifadə edildi.
Bu gün Avropa İttifaqı (Aİ) ilə strateji saziş imzalamağa hazırlaşan Azərbaycanın üzərinə edilən hücum məhz frankistlərin üslubunu xatırladır: "4 kalon” xaricdən, "5-ci kalon” daxildən hərəkətə keçib.
Hədəf imzalanacaq sazişin qarşısını almaqdır və bu, səbəbsiz deyil:


a) Aİ ilə imzalanacaq saziş ilk növbədə Azərbaycanın geosiyasi mənzərədə strateji mövqeyini gücləndirəcək;
b) Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli ilə bağlı zəmin daha da artacaq;
c) Azərbaycanın iqtisadi imkanları genişlənəcək və bu, əhalinin sosial rifahının daha da yaxşılaşması, "Avropa standartları” deyilən səviyyəyə yüksəlməsi ilə nəticələnəcək;
– Son dövrlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar bu prosesin başlandığını göstərir və dövlət başçısının elan etdiyi "sosial paket”də birbaşa vətəndaşlara yönələn sosial layihələr yer alıb.
Aİ ilə imzalanması planlaşdırılan saziş özündə kifayət qədər geniş imkanları əks etdirir. Anti-Azərbaycan qüvvələri narahat edən də məhz budur və bu gün onlar 5 kalondan hücuma keçiblər.
"Birinci kalon” – Ermənistan:işğalçı ölkəni narahat edən əsas məqam Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllidir.