“Atalanta” finalda “Latsio”ya rəqib olub - VİDEO

“Atalanta” finalda “Latsio”ya rəqib olub - VİDEO

İtaliya kubokunda yarımfinal mərhələsinə yekun vurulub. ONA -nın məlumatına görə, ikinci finalçı Berqamoda müəyyənləşib. “Fiorentina”nı qəbul edən “Atalanta” 2:1 hesablı əzmkar qələbə qazanıb. Səfərdəki ilk oyunda məhsuldar heç-heçəyə nail olan berqamolular finala vəsiqə qazanıblar. Tarixində 4-cü dəfə yarımfinal səddini adlayan “Atalanta” sonuncu dəfə 1995/96 mövsümündə bunu bacarmışdı. Qeyd edək ki, “Atalanta” həlledici oyunda “Latsio” ilə üz-üzə gələcək. Final oyunu mayın 15-də Romadakı Olimpiya stadionunda baş tutacaq. İtaliya kuboku Yarımfinal, cavab oyunu 25 aprel “Atalanta” – “Fiorentina” – 2:1 İliçiç, 14 (pen.), Qomes, 69 – Muriel, 3 İlk oyun – 3:3

İdman xəbərləri
Lent.az digər xəbərlər