Atası həlak olan futbolçunun ölümünə tab gətirə bilmədi

Atası həlak olan futbolçunun ölümünə tab gətirə bilmədi

Məşhur argentinalı futbolçu Emiliano Salanın atası Horacio Sala vəfat edib.

Open.az "Skorer"ə istinadən xəbər verir ki, oğlunun yoxluğuna tab gətirməyən ata 58 yaşında Argentinadakı evində ürəktutmasından dünyasını dəyişib.

Həkimlərin bütün müdaxilələrinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, yanvarın 21-də Nantdan Kardiffə uçan “Payper Malibu N264DB” təyyarəsi radarlardan itib. Təyyarənin göyərtəsində argentinalı futbolçu və pilot Devid İbbotson olub.

Dənizə düşən xüsusi təyyarənin qalıqlarından çıxarılan cəsədin gənc futbolçuya aid olduğu açıqlanıb.

Gülnar Qafarlı

İdman xəbərləri
Open.az digər xəbərlər