Atası Salanın ölümünə dözmədi - Ürəyi dayandı


Atası Salanın ölümünə dözmədi - Ürəyi dayandı

Təyyarə qəzasında həyatını itirən Emilliano Salanınn atası Horasio Sala dünyasını dəyişib.

Qol.az- xəbər verir ki, 58 yaşlı Horasionun ölümünə ürək tutması səbəb olub. Ona tibbi müdaxilə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, Sala yanvarın 19-u "Nant"dan "Kardiff"ə 17 milyon avroya transfer olunub. O, yanvarın 22-i Fransadan Kardiffə xüsusi təyyarə ilə yola salınıb. Ancaq hava gəmisi mənzil başına çatmazdan yarım saat əvvəl radardan itib. Sonradan axtarış qrupu təyyarəni La Manş boğazından tapıb.

Cebhe.info


Oxunma sayı: 508