ATƏT-in baş katibi Rusiyanın müdafiə naziri ilə görüşüb

ATƏT-in baş katibi Rusiyanın müdafiə naziri ilə görüşüb

ATƏT-in baş katibi Tomas Qreminger Rusiyanın müdafiə naziri Sergey Şoyquya NATO və Rusiya arasında olan gərginliyin səngiməsi üçün bir sıra addımlar atmağı təklif edib.

Bunu ONA-nın Moskva müxbirinə Rusiyanın Müdafiə Nazirliyindən bildiriblər.

Rusiyada keçirilən VIII Moskva Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində baş tutan görüş zamanı tərəflər Qərb və Rusiya arasında olan ziddiyətləri açıq müzakirə ediblər.
Qremingerin sözlərinə görə, onlar, xoşagəlməz hadisələrin qarşısını almaq üçün hərbi qurumların daim əlaqədə olması haqda razılığa gəliblər.

“Mən Şoyquya bildirdim ki, Rusiya Avropada təhlükəsizliyin təmin edilməsi üçün vacib tərəfdaşdır. Rusiya bizə siyasi və hərbi məsələləri müzakirə etmək üçün çox lazımdı”, - deyə Qreminger açıqlayıb.

Açar sözlər
Sergey Şoyqu , Müdafiə Nazirliyi , Nato , Atət , Moskva , Rusiya
Siyasət xəbərləri
Musavat.com digər xəbərlər