ATƏT prezidentlərin görüşünü hazırlayır

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkili üzərində işləyir. BAKU.WS-in məlumatına görə, bunu Bakıda jurnalistlərə ATƏT-in Minsk qrupunun fransalı həmsədri Pyer Andryö deyib.
Onun sözlərinə görə, hər iki ölkənin prezidenti ilə görüş olub və hazırda dövlət başçılarının görüşünü təşkil etməyə çalışırlar. O deyib ki, həmsədrlərin regiona səfəri barədə hələlik konkret plan yoxdur. "Atəşkəs rejimi pozulmamalıdır və danışıqlar prosesinə mümkün qədər daha tez başlamaq lazımdır", - Andryö əlavə edib. BAKU.WS