"Atletiko" Dieqo Kostanı satışa çıxarır?

"Atletiko" Dieqo Kostanı satışa çıxarır?

Madrid "Atletiko"su Dieqo Kostanı satmağa qərar verib. "Mundo Deportivo" nəşrinin yazdığına görə, klub rəhbərliyi bu qərarı gəlib. Rəhbərliyin 30 yaşlı oyunçunun bəzi hərəkətlərindən yorulduğu və onu ən çox pul ödəyəcək kluba satacağı bildirilib.

Xəbərdə o da qeyd olunub ki, komandanın baş məşqçisi Dieqo Simeone Kostanın satılmağını istəmir. Ancaq bununla belə klub rəhbərlinin fikrini dəyişdirməyəcəyi bildirilib. Nəşr iddia edir ki, ispan futbolçunun illik maaşı 10 milyon avro olduğu və yaxşı 31-ə çatacağı üçün onu satmaq asan olmayacaq.

İdman xəbərləri
Sia.az digər xəbərlər