Avrokubok tarixində ilk

Avrokubok tarixində ilk

Bu mövsüm Çempionlar Liqası (ÇL) və Avropa Liqasının (AL) final oyununda eyni ölkənin təmsilçiləri iştirak edəcək.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, ÇL-də final həyəcanı yaşayacaq "Liverpul" və "Tottenhem"dən sonra indi də "Çelsi" və "Arsenal" Avropa Liqasının həlledici görüşündə üz-üzə gələcək.

Bu, avrokuboklar tarixində bir ilkdir. Belə ki, indiyə qədər heç vaxt eyni ölkənin təmsilçiləri bir mövsümdə hər iki turnirin finalına yüksəlməmişdi. Müxtəlif illərdə İtaliya, Almaniya və İspaniyanın 3 klubu bunu bacarmışdı.

Həmçinin digər rekord eyni şəhərin təmsilçi sayı ilə bağlı olub. Belə ki, ilk dəfə bir şəhərin 3 təmsilçisi eyni mövsümdə avrokubokun finalına yüksəlib. London klubları "Tottenhem", "Çelsi" və "Arsenal" ÇL və AL-də qalib olmağa çalışacaq.

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda "Çelsi" - "Arsenal", iyunun 1-də isə "Vanda Metropolitano"da "Liverpul" - "Tottenhem" finalları baş tutacaq.

Milli.Az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

İdman xəbərləri
Metbuat.az digər xəbərlər