Avroliqanın Bakıda keçiriləcək final oyununun büdcəsi bəlli oldu

Avroliqanın Bakıda keçiriləcək final oyununun büdcəsi bəlli oldu

Avropa Liqasının Bakıda keçiriləcək final oyununun büdcəsi bəlli olub. ONA -nın “RİA Novosti” agentliyinə istinadən məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov açıqlayıb. Qurum rəsmisi jurnalistlərə açıqlamasında bildirib ki, mayın 29-da keçiriləcək matç üçün 7 milyon dollar vəsait ayrılıb: “Avropa Liqasının finalına hazırlıq işlərinin xərclərinə gəlincə, büdcəmiz 7 milyon dollara yaxındır. Bunun tədbir üçün kifayət edəcəyinə əminəm”. Qeyd edək ki, mayın 29-dakı final oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək.

İdman xəbərləri
Lent.az digər xəbərlər