Avropa İttifaqı Rusiyaya təzyiqləri artırır: 9-cu sanksiya paketi hazırdı

Avropa İttifaqı Rusiyaya təzyiqləri artırır: 9-cu sanksiya paketi hazırdı

Avropa İttifaqı (Aİ) Rusiyaya tətbiq etdiyi sanksiya siyahısına təxminən 200 fiziki şəxs və qurumun, eyni zamanda 3 rus bankının əlavə edilməsi, ikili istifadə məhsullarının ixracının dayadırılmasını və mədən investisiyalarına qadağa qoyulmasını ehtiva edən 9-cu sanksiya paketini hazırlayıb.

Editor.az xəbər verir ki, Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen sosial media hesabında Rusiyaya qarşı həyata keçirilməsi planlaşdırılan 9-cu sanksiyalar paketinin təfərrüatları ilə bağlı video paylaşıb.

Rusiyanın Ukraynaya ölüm və dağıntı gətirməyə davam etdiyini bildirən Leyen, Rusiyanın qış dövründə dinc əhalini və infrastrukturu hədəfə alaraq Ukraynanı qəsdən iflic vəziyyətinə salmağa çalışdığını bildirib.

Ukraynanı dəstəkləməyə davam edəcəklərini vurğulayan von der Leyen 9-cu sanksiya paketi ilə Rusiyaya təzyiqləri artırdıqlarını deyib: “İndiyə qədər tətbiq etdiyimiz 8 sanksiya paketi Rusiyaya ciddi zərər vurur”.

Açar sözlər
Avropa Ittifaqı , Rusiya , Ukrayna , Sanksiya
Siyasət xəbərləri
Editor.az digər xəbərlər