Avropa İttifaqının bir qrup ölkəsindən çağırış

Avropa İttifaqının bir qrup ölkəsindən çağırış

Avropa İttifaqının bir qrup ölkəsi - İspaniya, Fransa, Belçika, Danimarka, Lüksemburq, Niderland, Portuqaliya və İsveç qlobal istiləşməyə qarşı mübarizənin Avropa dövlətlərinin gələcək siyasi addımlarında prioritet yer tutması üçün səyləri birləşdirməyə çağırıblar. Birgə bəyannamə imzalayan bu ölkələr parnik qazları tullantılarının 2050-ci ilədək aradan qaldırılmasına dair təxirəsalınmaz tədbirlər görməyə çağırırlar.

Milli.AzAZƏRTAC-a istinadən bildirir ki, sənəddə deyilir: "Avropa İttifaqı tullantısız iqtisadiyyata iddialı və səmərəli keçidin vətəndaşların firavanlığı və keyfiyyətli həyatı ilə yanaşı mövcud ola biləcəyini nümayiş etdirməklə, başqa ölkələrə örnək olacaq və bu ölkələri öz ardınca aparacaq".

Avropa İttifaqına daxil olan 27 ölkənin liderləri Avropa qitəsinə gedən "yol xəritəsi"ni tərtib etmək üçün mayın 9-da Sibiuda (Rumıniya) görüşəcəklər. Sammitdə yaxın beş il üçün strateji gündəlik müzakirə ediləcək. Gündəliyə daxil olan dörd fəsildən biri ətraf mühit problemlərinə həsr olunub.

Səkkiz ölkənin təklifi qlobal istiləşməyə qarşı mübarizə barədə ümumi təsəvvür yaradır. Bu təklifə əsasən, Avropa İttifaqının növbəti büdcəsi ekoloji keçidin güclənməsinə yönəldilməli, xərclərin minimum 25 faizi iqlim dəyişmələrinə qarşı mübarizəyə dair layihələr, o cümlədən sahənin karbonsuzlaşdırılmasına dair tədbirlər üçün ayrılmalıdır. Bundan əlavə, sərfəli şərtlərlə kreditlər verən Avropa İnvestisiya Bankı "yaşıl" maliyyələşdirməni özünün ali prioriteti elan etməlidir.

London, ParisMadrid kimi Avropa paytaxtları havanın keyfiyyətini yaxşılaşdırmaq üçün artıq birgə tədbirlər görüblər. Yollarda avtomobillərin hərəkətinə məhdudiyyətlər qoyan bu şəhərlər gələcəkdə dizel yanacağı ilə işləyən nəqliyyat vasitələrinə qadağa qoyulacağını elan ediblər.

Milli.Az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

İKT xəbərləri
Metbuat.az digər xəbərlər