Avropa Liqasının finalı Rusiyada keçiriləcək?

Avropa Liqasının finalı Rusiyada keçiriləcək?

Moskvanın “Spartak” futbol klubunun stadionu “Otkrıtiye Arena”da UEFA Avropa Liqasının finalı keçirilə bilər.
Muxalifet.azxəbər verir ki, bu haqda klubun kommersiya direktoru Aleksandr Atamanenko bildirib. O, qeyd edib: “UEFA Avropa Liqasının finalını keçirməkdə maraqlıyıq. Amma Çempionlar Liqası keçirmək üçün potensialımız yoxdur”.
“Spartak” klubu 2014-cü ildə tikilmiş “Otkrıtiye Arena" stadionunda ev oyunlarını keçirir. Arenanın tamaşaçı tutumu 45 min 360 nəfərdir.
Qeyd edək ki, “Spartak” cari mövsüm Rusiya çempionatında öz meydanında keçirdiyi 13 oyundan 6-sını qələbə, 5-ini məğlubiyyət və 2-sini isə heç-heçə ilə başa vurub. Bu oyunlarda ümumilikdə 418 min 569 tamaşaçı (ortalama 32.2 min nəfər) iştirak edib.

Açar sözlər
Uefa , Moskva , Rusiya
İdman xəbərləri
Muxalifet.az digər xəbərlər