Avropa Məhkəməsindən Azərbaycanla bağlı qarşı daha bir qərar


Avropa Məhkəməsindən Azərbaycanla bağlı qarşı daha bir qərar

Avropa Məhkəməsi Azərbaycana qarşı daha bir qərarını elan edib.

Cebhe.info xəbər verir ki, bu barədə vəkil Fariz Namazlı məlumat verib. O bildirib ki, söhbət 2 il əvvəl mülkiyyət hüququnun pozuntusu (Gəncədə mağazası dağıdılmışdı) tanınan Məhərrəmovun işindən gedir:

“Həmin zaman Məhkəmə kompensasiyanın təyin edilməsinə hazır olmadığını bildirmişdi. Avropa Məhkəməsi maddi zərərə görə 50000 avro, mənəvi zərərə görə 3000 avro, məhkəmə xərclərinə görə 1900 avro kompensasiya müəyyən edib”.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 89