Avropa ölkələrindən İranla bağlı bəyanat: "Gərginliyi artırmaqdan çəkinməyə çağırırıq"

Avropa ölkələrindən İranla bağlı bəyanat: "Gərginliyi artırmaqdan çəkinməyə çağırırıq"

“İranın Birgə Əhatəli Fəaliyyət Planı üzrə öhdəlikləri ilə bağlı dünən etdiyi açıqlamadan daha çox narahat olduğumuzu qeyd edirik”.

Bu, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini, Almaniyanın xarici işlər naziri Heiko Maas, Böyük Britaniyanın XİN başçısı Ceremi Hunt və Fransanın xarici işlər naziri Jan-İves Le Drianın İran prezidenti Həsən Ruhaninin mayın 8-də açıqladığı qərarla bağlı birgə bəyanatında vurğulanıb.

“İrana nüvə müqaviləsinin öhdəliklərini yerinə yetirməkdə davam etməyə və gərginliyi artırmaqdan çəkinməyə çağırırıq. Hər cür ultimatumu rədd edirik. İranın öhdəliklərini yerinə yetirib yetirmədiyini isə nüvə müqaviləsi və nüvə silahının yayılmaması haqqında müqavilə çərçivəsində dəyərləndirəcəyik”, – bəyanatda bildirilib

Qeyd edək ki, mayın 8-də İran prezidenti Həsən Ruhanı Birgə Əhatəli Fəaliyyət Planı üzrə öhdəliklərdən qısmən çıxadıqlarını bildirib. /Report

Siyasət xəbərləri
Moderator.az digər xəbərlər