Avstriyanın baş nazirindən müxalifətə xəbərdarlıq:"Terrorçu PKK-ya ölkədə yer ola bilməz"


Avstriyanın baş nazirindən müxalifətə xəbərdarlıq:"Terrorçu PKK-ya ölkədə yer ola bilməz"

“Avstriyada bu terrorçu ifrat sol ideologiyaya yer ola bilməz”.

Bunu Avstriyanın baş naziri Sebastian Kurtssosial şəbəkədə mayın 1-də terrorçu PKK-nın təəssübkeşlərinin ölkəsində pankartlar açmasına etiraz edərək yazıb.

Mayın 1-də Avstriyanın paytaxtı Vyanada müxalifət partiyası bayram tədbiri keçirib. Həmin tədbirdə terrorçu PKK-nın təəəsübkeşləri də qatılıb. Onlar meydanda PKK ilə bağlı pankart asmaq istəyib.

“Müxalifət təcili olaraq stalinçi PKK kimi ifratçı qruplarla əlaqələrini kəsməlidir. Avstriyada bu ifrat terrorçu sol ideologiyaya yer ola bilməz”, – o, yazıb.

Cari il martın 1-də qüvvəyə minən “Simvollar haqqında qanuna” əsasən, Avstriyada terrorçu PKK-nın rəmzlərinin ictimai yerlərdə açıq-aşkar istifadə edilməsi qadağandır/Report.

Siyasət xəbərləri
Strateq.az digər xəbərlər
I-IV ixtisas qrupları üzrə müsabiqə şərtləri nələrdir? –DİM-dən açıqlama

I-IV ixtisas qrupları üzrə müsabiqə şərtləri nələrdir? –DİM-dən açıqlama

02-05-2019 12:24 - Strateq.az - Mədəniyyət
Müsabiqədə iştirak etmək üçün abituriyentlərin nəticələri aşağıdakı tələbləri ödəməlidir: I ixtisas qrupu üzrə: – Müsabiqəyə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır; – “Riyaziyyat”, “Fizika”, “Kompüter elmləri”, “Nəqliyyat tikintisi mühəndisliyi”, “İnşaat mühəndisliyi”, “İnformasiya texnologiyaları”, “Geologiya”, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən az olmayan abituriyentlər buraxılır; – Dövlət ali təhsil müəssisələrinin (“ADA” Universiteti, Birgə Azərbaycan-Fransız Universiteti (UFAZ), Bakı Mühəndislik Universiteti və Bakı Ali Neft Məktəbi istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə attestatında xarici dil fənni kimi ingilis dili göstərilən və qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır; – Aşağıdakı cədvəldə qeyd olunan ixtisaslar və ali təhsil müəssisələri üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanının ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır: – Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqromühəndislik”, “Balıqçılıq və balıqçılıq təsərrüfatı işi”, “Meşəçilik”, “Aqronomluq”, “Zootexniklik”, “Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi” ixtisasları və Naxçıvan Dövlət Universitetinin “Torpaqşünaslıq və aqrokimya” ixtisası üzrə ayrılmış yerlərinin müsabiqəsində ümumi balı 150-dən və imtahanının ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.