Yevlaxda sərnişin avtobusu 7 yaşlı uşağı vuraraq öldürüb.
Metbuat.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qoyunbinəsi kəndində qeydə alınıb.
Yaşadığı evdən qəfil yola çıxan 7 yaşlı Əsgərova Ləman Asim qızını kənd avtobusu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.