Avtobus vuran uşaq xəstəxanada ölüb

Avtobus vuran uşaq xəstəxanada ölüb

Yevlax rayonunun Qoyunbinəsi kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, aprelin 25-də saat 7 radələrində Yevlax rayonunun Qoyunbinəsi kəndi ərazisində şəhər sakini A.Qasımov idarə etdiyi "PAZ-3205" markalı avtobusla yolu keçən kənd sakini, azyaşlı Ləman Əsgərovanı vurmuşdur. Nəticədə xəstəxanaya yerləşdirilmiş uşaq orada ölmüşdür. Yevlax RPŞ tərəfindən araşdırma aparılır.

Hadisə xəbərləri
Olaylar.az digər xəbərlər