"Avtobuslarımız az sayda sərnişin ilə dövr edə bilmir, ona görə də..." - Sumqayıtın idarə rəisindən AÇIQLAMA

"Avtobuslarımız az sayda sərnişin ilə dövr edə bilmir, ona görə də..." - Sumqayıtın idarə rəisindən AÇIQLAMA

"Sumqayıt şəhərində 20 maşrut xətti üzrə 220 nəqliyyat vasitəsi fəaliyyətdədir ki, onların da demək olar ki, hamısı yeni tipli avtobuslarla əvəz olunub. Əlavə olaraq isə 33 saylı maşrut xəttində olan nəqliyyat vasitələri yenilənib, 10 saylı marşrut xəttinə də yeni avtobuslar buraxılacaq. Bununla da şəhərin nəqliyyat sektoru tam yenilənmiş olacaq".

Bu barədəXeberle.com-a Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəisi Tofiq Saydumov məlumat verib. T. Saydumov Bağlar istiqamətində hərəkət edən marşrut xətlərində sərnişinlərin narahatçılğına səbəb olan interval məsələsinə də toxunub: " Məsafənin uzaqlığı ilə əlaqədar olaraq həmin istiqamətdə avtobuslarımız az sayda sərnişin ilə dövr edə bilmir. Bu səbəbdən məcburuq ki, hərəkət intervalını hər saatın tamamına təyin edək. Sərnişinlər də marşrut xəttinin hərəkət cədvəlinə uyğunlaşaraq şəhərə çıxışlarını təmin edə bilər".

Xədicə Səxavətqızı

Xeberle.com

Xəbərdən istifadə edərkən istinad etmək vacibdir.

PAYLAŞ

Hadisə xəbərləri
Xeberle.com digər xəbərlər