Avtomobil aşdı -  Ölən var

Avtomobil aşdı -  Ölən var

Avtomobil aşdı - Ölən var

Beyləqanda avtomobil aşıb, ölən var.

Bakıvaxtı.az xəbər verir ki, hadisə yanvarın 24-də Beyləqan-Kəbirli-Ağcabədi avtomobil yolunun rayonun Örənqala qəsəbəsi ərazisindən keçən 30-cu kilometrində qeydə alınıb.

Belə ki, 1967-ci il təvəllüdlü Həsənov Əhməd İslam oğlu idarə etdiyi “VAZ-21099” markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirərək avtomobili aşırıb. Nəticədə Əhməd Həsənov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Açar sözlər
Əhməd Həsənov , Beyləqan Rayon Polis Şöbəsi , Beyləqan , Örənqala , Xəsarət , Cinayət
Hadisə xəbərləri
Bakivaxti.az digər xəbərlər