Avtomobil aşdı, sürücü hadisə yerində öldü - FOTO

Avtomobil aşdı, sürücü hadisə yerində öldü - FOTO

Samuxda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Kür yolu deyilən ərazisində qeydə alınıb.


Sürücü 1970-ci il təvəllüdlü Qurbanov Azər Hidayət oğlunun idarə etdiyi “VAZ 2106” markalı avtomobil körpünün kənarındakı məhəccərə çırpılaraq aşıb.


Sürücü hadisə yerində həyatını itirib.


Faktla bağlı araşdırma aparılır.(oxu.az)


Hadisə xəbərləri
Moderator.az digər xəbərlər