Avtomobilin yük yerində 913 minə yaxın pirotexniki vasitə aşkar edilib

Avtomobilin yük yerində 913 minə yaxın pirotexniki vasitə aşkar edilib

Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq yenə də bayram günləri öncəsi bəzi işbazlar Azərbaycan Respublikasının gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan, insan sağlamlığı üçün təhlükə törədən pirotexniki və tezalışan mallar gətirməyə cəhdlər edirlər və bu kimi halların qarşısı qətiyyətlə alınır.

Növbəti belə bir fakt Bakı Baş Gömrük İdarəsi əməkdaşları tərəfindən aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, idarənin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin keçirdiyi əməliyyat tədbiri nəticəsində "Mercedes-Benz 408" markalı yük avtomobilinin arxa yük yerində Azərbaycan vətəndaşına məxsus müxtəlif markalı 912 989 ədəd pirotexniki vasitələr aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Hadisə xəbərləri
Sia.az digər xəbərlər