Axı niyə söyürsünüz?

Axı niyə söyürsünüz?

Sosial şəbəkələr başağrısıdır. Yaxşı, müsbət tərəfləri olduğu kimi, mənfi, hətta insanı çilədən çıxaracaq yönləri də var. Sosial şəbəkələrə ümid etmək olmaz. Səni tərifləyəcəklər, paylaşdığın statusu yüzlərlə dostun bəyənəcək və birdən təhqir, söyüş də yazıldığını görəcəksən. İnsanlarımız səbirsiz olub. Bu, məlum. Amma insanlarımız yəni bu qədər məsuliyyətsiz və savadsızdır ki, yaxşı ilə pisi biri-birindən ayıra bilmirlər? Həm də söhbət hansısa sosial problemdən gedir və yazılan status birbaşa əhalinin xeyrinədirsə? 

Söhbət millət vəkili Fazil Mustafanın təbii qaza tətbiq edilən limitin qaldırılması – artırılması (yəni, hazırda tətbiq olunan 1700 kub.metrlik limitin artırılaraq 3000 kub.metrə çatdırılması, yəni əhalinin xeyrinə, daha çox qaz istifadə edək və 20 deyil, 10 qəpikdən ödəniş hesablansın deyə. Bunu belə sözbəsöz izah edirik ki, çaşıb kimsə yenə söyüşə keçməsin – red.) ilə bağlı Milli Məclisdəki çıxışından söhbət gedir.

Sosioloq Əhməd Qəşəmoğlu «Şərq»ə açıqlamasında bunun səbəbinin bəzi insanlardakı məsuliyyətsizliyə dayandığını bildirib:

- Bizim insanlarımız, yaşlı nəsil, xüsusilə də gənc nəsil bəzən xəbərlərə, hadisələrə, yazılan statuslara məsuliyyətsiz yanaşır. Yadınızdadırsa, təxminən 2 il əvvəl səfirlik əməkdaşları ilə bağlı sosial şəbəkədə xoşagəlməz bir hadisə meydana gəldi. Bir hadisə ilə bağlı səfirlik əməkdaşı «bəyənmə» işarəsi qoyub, digər əməkdaşlar da onun «bəyənməsini» görüb, onlar da eyni hərəkəti təkrarlayıblar. Halbuki, səfirlik əməkdaşının özü də nəyi «bəyəndiyinin» fərqində olmayıbmış. Yadınızdadırsa, bu məsələ xarici diplomatiya sahəsində böyük skandala səbəb oldu. İzahat verildi, üzr istənildi və sairə. Bunlar bəzən insanların məsuliyyətsiz davranışlarından, laqeyd münasibətdən, hadisə barədə ətraflı məlumata sahib olmadan, tələsik qərar vermələrindən irəli gəlir. Mənimlə də belə hallar yaşanır. Bir paylaşım edirəm, deyək ki, bir məqalə, həmin anda kiminsə «bəyəndi»yini görürəm. Halbuki, belə ani vaxtda məqaləni, yazını oxuyub başa çatmaq mümkün deyil. Deməli, oxumadan, məzmunundan agah olmadan kimlərsə «bəyənmə»yə tələsir. Ola bilər, imzamı görüb mənə görə bəyənirlər. Amma bu, düzgün deyil. Axı anlaşılır ki, oxumadan bəyənilib.

«Burada həm də qeyri-səmimilik varmı» sualına cavabında isə Ə.Qəşəmoğlu «daha dəqiq desək, qeyri-obyektivlikdir» deyib:

- Cəmiyyətdə proseslər tez-tez dəyişir, münasibətlər dəyişir. Belə vəziyyət bizdən daha dəqiq olmağımızı tələb edir. Hadisə barədə gərək məlumatın olsun, söhbətin nədən getdiyini biləsən, sonra fikir bildirəsən. Məsələdən agah olmamış fikir bildirəndə artıq qeyri-obyektivlik olur.

Ə.Qəşəmoğlu sosial şəbəkələrin sosial araşdırmalar üçün tutarlı mənbə olduğunu da bildirib:

- Mən bir şeir paylaşıram və onun ciddi şeir olduğunu da bilirəm. Baxıram ki, tutalım, 80 nəfər bəyənib. Amma bir qadın parıltılı bir şeir paylaşır, baxırsan, bəyənmə sayı 200-ü keçib. Bunun özü sosioloji araşdırma mövzusudur. Yazılan statuslar, paylaşımlar insanların psixoloji durumunu, savadını, dünyagörüşünü, hadisələrə münasibətini ortaya qoyur. Bunlar sosioloji təhlillər aparılması üçün böyük əhəmiyyət daşıyır.

 

Yenisabah.az
Siyasət xəbərləri
Məhkəmə-hüquq sistemində islahatlar dərinləşdirilir - Fərman

Məhkəmə-hüquq sistemində islahatlar dərinləşdirilir - Fərman

26-04-2019 15:10 - Femida.az - Siyasət
Ali Məhkəməyə və Məhkəmə-Hüquq Şurasına tövsiyə edilir və Ədliyyə Nazirliyinə tapşırılır ki, aşağıdakı məsələlərə dair normativ hüquqi aktların layihələrini hazırlayıb iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etsinlər:- sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmənin yaradılması;- məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin və həmin vəzifənin icra olunması mexanizminin təsbit edilməsi;- hakimlərin müstəqilliyini təmin etmək məqsədilə məhkəmələrin fəaliyyətinə müdaxilənin qarşısının alınması mexanizmlərinin təkmilləşdirilməsi və belə müdaxiləyə görə məsuliyyətin artırılması;- hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılması;- məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun dərəcələrinin verilən iddiaların qiymətinə müvafiq olaraq diferensiasiya edilməsi;- məhkəmələrdə baxılan işlər üzrə ödənilən dövlət rüsumunun müəyyən hissəsinin məhkəmə aparatları işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə və məhkəmələrin maddi-texniki bazasının möhkəmləndirilməsinə yönəldilməsi;- məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi tələbinin müəyyən edilməsi;- mülki işlər, habelə inzibati xətalara, iqtisadi və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə ekspertizasının keçirilməsi və ekspert rəyinin verilməsi müddətlərinin dəqiqləşdirilməsi, məhkəmə prosesi tərəflərinin ekspertiza təyin edilməsi ilə bağlı hüquqlarının genişləndirilməsi.
Yenisabah.az digər xəbərlər