"Ayaks"ın iki futbolçusu oyun zamanı oruclarını açdı - VİDEO

"Ayaks"ın iki futbolçusu oyun zamanı oruclarını açdı - VİDEO

"Ayaks"ın iki futbolçusu Hakim Zieş və Nussayr Mazraui Çempionlar Liqasının yarımfinalında "Tottenham"la cavab oyunu (2:3) zamanı oruclarını açıblar.

Faktor.az xəbər verir ki, iki müsəlman oyunçu görüşün 24-cü dəqiqəsində oruclarını açmaq üçün meydanın kənarına gediblər. Bundan 11 dəqiqə sonra H.Zieş komandasının ikinci qolunun müəllifi olub.

Qeyd edək ki, Zieş və Mazraui 90 dəqiqə meydanda olublar.

İdman xəbərləri
Faktor.az digər xəbərlər
Azərbaycan və Türkmənistan gömrük orqanları qarşılıqlı təcrübə və məlumat mübadiləsini gücləndirəcək

Azərbaycan və Türkmənistan gömrük orqanları qarşılıqlı təcrübə və məlumat mübadiləsini gücləndirəcək

09-05-2019 15:00 - Faktor.az - İqtisadiyyat

Mayın 9-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev ölkəmizdə səfərdə olan Türkmənistan Dövlət Gömrük Xidməti sədrinin müavini Dövlət Bayruyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları səmimi salamlayan Səfər Mehdiyev iki ölkə arasında dostluq münasibətlərindən, müxtəlif sahələrdəki işgüzar əlaqələrdən söhbət açıb, qarşılıqlı əlaqələrin səmərəliliyinin artırılmasının vacibliyini vurğulayıb.
 
Komitə sədri son illərdə Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi gömrük sistemində aparılan islahatlardan bəhs edib, tətbiq edilən yeniliklərin gömrük işinin səmərəliliyinin artırılması, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi, gömrük prosedurlarının və sərhədkeçmə proseslərinin sadələşdirilməsi, şəffaflığın təmin olunmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

O da qeyd edilib ki, coğrafi baxımdan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzərndə yerləşməsi Azərbaycanın beynəlxalq ticarətdəki rolunu daha da artırır və bu baxımdan ölkəmiz, xüsusilə region dövlətləri ilə bütün sahələrdə olduğu kimi gömrük işinin təşkili istiqamətində də səmərəli və işğüzar münasibətlərin qurulmasına önəm verir.
Xəzərdə 14 nəfərin yaralandığı hadisəyə görə cinayət işi açıldı - RƏSMİ

Xəzərdə 14 nəfərin yaralandığı hadisəyə görə cinayət işi açıldı - RƏSMİ

09-05-2019 13:17 - Faktor.az - Hadisə

Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluğun Mətbuat xidmətləri “Saipem” şirkəti tərəfindən icarəyə götürülmüş “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus “İsrafil Hüseynov” borudüzən gəmisində baş vermiş bədbəxt hadisə barədə birgə məlumat yayıb

Modern.az-a verilən birgə məlumatda qeyd edilir ki, mayın 8-də “İsrafil Hüseynov” borudüzən gəmisində texnoloji avadanlıqda yaranan nasazlığın aradan qaldırılması məqsədilə aparılan təmir işləri zamanı partlayışla müşayiət olunan yanğının baş verməsi səbəbindən şirkətin Azərbaycan Respublikası və digər xarici ölkələrin vətəndaşlarından ibarət 14 nəfər əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
 
Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb, Fövqəladə Hallar Nazirliyinin və prokurorluğun təcrübəli əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb.

Hadisə zamanı xəsarət almış şəxslərin təxirəsalınmadan sahilə çıxarılaraq Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilməsi təmin olunmaqla yüksək ixtisaslı həkimlər cəlb edilərək zərərçəkənlərin müayinə və müalicələri Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən xüsusi nəzarətə götürülüb.

Hazırda Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi, Fövqəladə Hallar Nazirliyi, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin ekspert və mütəxəssislərinin iştirakı ilə hadisənin baş vermə səbəblərinin və sair xüsusatların araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Hadisə nəticəsində zərərçəkmiş vətəndaşlardan, eləcə də hadisə ilə bağlı məlumatlı şəxslərdən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin 404-39-00, Fövqəladə Hallar Nazirliyinin “112”, Baş Prokurorluğun 440-78-13 nömrəli “Qaynar xətt” əlaqə mərkəzlərinə zəng etmələri xahiş olunur.