"Ayaks"ın müsəlman futbolçuları orucu meydanda açdılar - FOTO

"Ayaks"ın müsəlman futbolçuları orucu meydanda açdılar - FOTO

Çempionlar Liqasının yarımfinalının cavab matçı çərçivəsində keçirilən "Ayaks" - "Tottenhem" oyununda maraqlı anlar yaşanıb.

Milli.Az yenicag.az-a istinadən xəbər verir ki, hollandların futbolçuları Nussair Mazraui və Hakim Ziyex oyuna oruc ola-ola çıxıblar.

Adıçəkilən müsəlman futbolçular qarşılaşmanın 22-ci dəqiqəsində meydanın kənarına gələrək oruclarını açıblar.

Qeyd edək ki, qarşılaşma "Ayaks"ın 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Hollandların ikinci qoluna məhz Hakim Ziyex imza atıb.

Milli.Az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

İdman xəbərləri
Metbuat.az digər xəbərlər