Ayaz Salayevdən çağırış: “Gənclər olmasa, biz itib-batarıq”

Ayaz Salayevdən çağırış: “Gənclər olmasa, biz itib-batarıq”
Azər Salayev

“ADO-un yaşamasını istəyirəm”

ADO teatrı maliyyə problemi ilə üzləşib. Yaranan bu problemə görə teatr yerləşdiyi məkanı itirə bilər.

Əməkdar incəsənət xadimi, kinoşünasAyaz Salayev AzNews.az-a açıqlamasında sənət adamlarını bu teatra dəstək olmağa səsləyib. O, ADO teatrını əsl sənət nümunəsi hesab edir:

“Mən ADO-un yaşamasını istəyirəm. Bu teatr yaşamalıdır. Bilirəm ki, teatrın büdcəsi yoxdur. Mən bu teatrı dəstəkləyirəm. Mənim imkanlarım məhdudur. Əgər imkanım olsaydı, ADO-ya kömək edərdim. ADO Azərbaycan cəmiyyətinə çox şey verib. Əsl sənət nümunəsidir”.

Ayaz Salayev qeyd edib ki, ADO Azərbaycan teatrına yaradıcı gənclər gətirir: “Əgər həmin yaradıcı gənclər olmasa, biz doğrudan da itib-batarıq”.

Mədəniyyət xəbərləri