Aybəniz Haşımova: "Allah məni səndən qabaq öldürsün" FOTO

Aybəniz Haşımova: "Allah məni səndən qabaq öldürsün" FOTO

Xalq artisti Şahnaz Haşımovanın səhhətində problem yaranıb. SİA-nın verdiyi xəbərə görə, bu haqda əməkdar artist Aybəniz Haşımova məlumat verib: "Səsimdə səsin, nəfəsimdə nəfəsin, ruhumda ruhun, bacım. Heç vaxt xəstələnmə. Yaxşı ki, özü zəng vurub dedi. Başqası zəng vursaydı, bəlkə də ürəyim dayanardı. Bacım, Allah səni qorusun. Sən mənim dünyada qoynunda uyuduğum ikinci anamsan, canımsan, nəğmələrimsən. Xəstələnmə, qurban olum. Sənsiz mən yaşaya bilmərəm. Bir dünyadayıq, rahatam. Bax beləcə rahat qalmaq istəyirəm. Hələ dünən danışanda, "Allah eləməsin, birdən mənə nə isə olsa, məni yanına apar, Bakıya... Sənin yanında olmaq istəyirəm" demişdin. Mən isə deyirəm, " Bacım, Allah eləməsin sənə nə isə olsun. Allah məni səndən qabaq öldürsün. Hər şey yaxşı olacaq. Qadan alım. O səs sussa, mən də susacam".

Mədəniyyət xəbərləri
Sia.az digər xəbərlər