Aydın Mirzəzadə: Xalq ayağını dirədi ki, torpağımı vermirəm

Aydın Mirzəzadə: Xalq ayağını dirədi ki, torpağımı vermirəm

Aydın Mirzəzadə: Xalq ayağını dirədi ki, torpağımı vermirəm

Ermənistan-Azərbaycan münaqişəsi, Qarabağ problemi ilə bağlı ötən illər ərzində aparılan danışıqlar prosesinin nəticəsini təhlil etsək, görərik ki, Azərbaycan bu məsələdə öz prinsipial mövqeyindən geri çəkilməyib.

Bunu Oxu.Az-a açıqlamasında politoloq, millət vəkili Aydın Mirzəzadə dilə gətirib.

“Ancaq gəlin bu yerdə tarixə ekskursiyaedək. Ötən əsrin əvvəllərində ermənilərbu torpaqlara, bu ərazilərə köçürüldü, 1840-cı ildə erməni vilayəti yaradıldı. 1918-ci ildə Azərbaycanın tarixi ərazisi olan İrəvan ermənilərə verildi.

Daha sonra Göyçə-Zəngəzur ermənilərə verildi, 1929-cu ildə Mehri rayonu Ermənistana birləşdirildi. Bundan sonra zaman-zaman min hektarlarla ərazilərimiz ermənilərə, Ermənistana verildi.

Erməni icması zaman-zaman Azərbaycanı qəsb etdi”, - deyən millət vəkilinin sözlərinə görə,31 il öncə Azərbaycan xalqı öz dirənişinigöstərib.

“1988-ci ildə Azərbaycan xalqıayağını dirədi ki, torpağımı vermirəm. O dövrdənindiyə qədər erməniləri, Ermənistanı dəstəkləyən dairələrin, ölkələrin təzyiqlərinə baxmayaraq, Azərbaycan ərazi bütövlüyü məsələsindən geri çəkilmir.

Eyni zamanda, Dağlıq Qarabağ kimi problemlər dünyada onlarladır, ancaq onların içərisində Azərbaycan yeganə dövlətdir ki, Qarabağ problemini dünya siyasətinin gündəmində saxlaya bilir, böyük dövlətlərbu məsələyə vaxtaşırı münasibət bildirir.

Ümumi nəticə bundan ibarətdir və üzü yüz illərdən günümüzə qədər gələn problemin qısa zamanda həll edilməsi, göründüyü kimi, mümkün olmur. Amma Azərbaycanın qətiyyəti, cənab prezidentin düşünülmüş siyasəti, güclü daxili və xarici siyasət öz nəticəsini verir ki, Azərbaycan güclənir, Ermənistan zəifləyir. Ermənistanın özündə həmin ölkə tərəfindən Azərbaycan torpaqlarının işğal olunması etiraf edilir.

Artıq Ermənistan silahlı qüvvələrinin Azərbaycan orsusundan zəif olduğunu və hücuma keçmək iqtidarında olmadığı etiraf edilir. Hesab edirəm ki, bunlar Azərbaycanın mövqeyinin nəticəsidir və bizim danışıqlar prosesində üstünlüyümüzdür”, - deyə A.Mirzəzadə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Açar sözlər
Aydın Mirzəzadə , Silahlı Qüvvələr , Azərbaycan , Qarabağ , Ermənistan , Irəvan
Siyasət xəbərləri
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib FOTOLAR

Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib FOTOLAR

24-04-2019 18:17 - Sia.az - Siyasət
yerlərdə səyyar satışın (əldə yayımın) bərpasını, iri market şəbəkələrində qəzet satışının təşkilini, Bakı Dəmiryol Vağzalında, Heydər Əliyev Hava Limanında, Bakı Beynəlxalq Avtovağzalında və digər bu kimi yerlərdə qəzet satışının bərpasını və təkmilləşdirilməsini, qəzet köşkləri üzrə icarə haqqı məsələsinin bazar qiymətlərinə və real imkanlara uyğun tənzimlənməsini, yayım firmaları üzərində köşklərdə çalışan işçiləri üçün təlimlərin təşkili öhdəliyinin müəyyənləşdirilməsini, həmçinin yayım firmalarının redaksiyalarla bağladıqları müqavilələrin vahid formasının hazırlanmasını və müqavilələrin bazar şərtlərinə uyğunlaşdırılmasını, səyyar qəzet satıcıları üçün vahid qaydaların və geyimin müəyyənləşdirilməsini, səyyar qəzet satıcılarının vergi ödəyicisi kimi qanunvericilikdə müəyyən olunmuş əlverişli qeydiyyatının həyatakeçirilməsinin təmin olunmasını, onların sabit vergiyə cəlb edilmə istiqamətində işlərin aparılmasının zəruriliyinin vurğulanmasını göstərmək mümkündür. Müzakirələrdən sonra “Azedu.az”, “Yenixeber.org”, “Baku News” (baku.news), “42-ci paralel.az”, “Sozcu.info”, “Denizxeber.az” xəbər portalları, “Region mediası” qəzeti, “Ustad” dərgisi, “Loqos”, “Düyməcik”, “Elmi iş” jurnalları, “ONN media” (onn.az) və “Elit” İnformasiya Agentlikləri Şuraya üzv qəbul ediliblər.
Oxu.az digər xəbərlər