Aydın Mirzəzadədən popkorn sataraq dilə-dişən uşağa görə nazirliyə təşəkkür...

Aydın Mirzəzadədən popkorn sataraq dilə-dişən uşağa görə nazirliyə təşəkkür...

"Azneft" meydanının altındakı yeraltı keçiddə popkorn satan oğlan tapılıb.


İndicə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov mənə zəng etdi.


O bildirdi ki, Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə həmin gənc tapılıb.


Adı Seyfullayev İsrafil Vüqar oğludur, 2002-ci ilin noyabrında Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 17 yaşı var. 2017- ci ildə IX sinfi bitirib. Hazırda təhsil almır, Binəqədidə yaşayır.


Onun telefonuna zəng etsələr də nömrə şəbəkə xidməti kənarındadır.


Gənc arzu edərsə ona peşə məktəbinə qəbul olunmaq təklifi ediləcək, peşə aldıqdan sonra isə daimi işlə təmin ediləcək.


Mən də öz köməyimi təklif etdim.


Sağ olun, Təhsil Nazirliyi.


Aydın Mirzəzadə, deputat

Hadisə xəbərləri
Moderator.az digər xəbərlər