Aydın Quliyev: "İçərişəhər qədri bilən olublar"

Aydın Quliyev:  "İçərişəhər qədri bilən olublar"

"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev şəxsi "facebook" hesabında maraqlı paylaşım edib.

Olaylar.az xəbər verir ki, baş redaktor İçərişəhər kampaniyasını başladıb, təbliğ edənlərə tənqidi yanaşıb.

"İçərişəhərin çoxdan dağıdıldığını iddia edənlər indi niyə fəallaşıblar?! Bakıya xaricdən qonaqlar gəlir, Avroittifaqla saziş müzakirələri gedir, ermənilər qondarma "DQR"-in başçısını guya prezident kimi tanıtmaq üçün əyilə-əyilə baş vurmadıqları qapı qoymurlar, dünya boyu uydurma genosid təbliğatlarını gücləndirirlər. Bizimkilər nə edir? Nə vaxtsa çəkilmiş fotoları sosial şəbəkələrə yerləşdirib dünyada Azərbaycanın guya öz mədəni və tarixi irsinə hörmət etməyən ölkə imicini yaradırlar." - deyə Aydın Quliyev bildirib.

Baş redaktor əlavə edib ki, "Öz mədəni irsinin qədrini bilməyən xalq ermənilərin irs nümunələrini necə qoruya bilər? məntiqi ermənilər üçün göydəndüşmə tutacaq olur. Onlara bu tutacağı İçəri Şəhər barədə kampaniyanı başladanlar və aparanlar verir."

"Bakını əməlli-başlı tanımayan bəziləri İçəri Şəhər qədri bilən olublar. Kampaniyaçılığa qoşulan bəzi tanınmış ziyalılara da təəccüb və təəssüf etdim. Məşhur 26-lar filmində "çörək olacaq?" deyə qışqıran provakator yadıma düşdü."- deyə A. Quliyev qeyd edib.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Mədəniyyət xəbərləri
Olaylar.az digər xəbərlər