Aygün Kazımovanı ölümlə hədələdilər - VİDEO

Aygün Kazımovanı ölümlə hədələdilər - VİDEO

Xalq artisti Aygün Kazımova ölümlə hədələnib.


Bu barədə müğənninin köməkçisi Almaz Mustafayeva məlumat verib.


Almaz MTV-də yayımlanan “Üç canlı” verilişində qonaq olarkən hadisənin “Aygün bir gün” adlı solo konsertindən bir gün öncə baş verdiyini söyləyib:


“Aygün Kazımovanı konsertindən əvvəl hədələmişdilər. Telefonla zəng vurub dedilər ki, sabah səhnəyə çıxsan, səni öldürəcəyik. Bir anlıq donub qaldı. Bu, solo konsertindən bir gün qabaq baş verdi. O gündən sonra çalışıram ki, Aygün xanım konsert ərəfəsində telefona yaxınlaşmasın”.

Açar sözlər
Aygün Kazımova , Almaz Mustafayeva
Mədəniyyət xəbərləri
Moderator.az digər xəbərlər
Könlümə Kəlbəcər havası düşüb, ta bəsdir qürbətdə talandı ömrüm...

Könlümə Kəlbəcər havası düşüb, ta bəsdir qürbətdə talandı ömrüm...

11-04-2019 22:49 - Moderator.az - Mədəniyyət
Qürbətdə bir şair ömrü yaşadımYağdı leysan-leysan yağış ömrümə,Görən kim elədi qarğış ömrümə,Kənardan boylan bax, bu qış ömrümə,Qürbətdə bir şair ömrü yaşadım!Onda da naşıydım, yenə naşıyam,Yüküm elə ağır çətin daşıyam,Qoymadılar insan ömrü yaşıyam,Qürbətdə bir şair ömrü yaşadım!Cəsarət tapmadım aşam Murovu,Saçımda Kəpəzin qarı-qırovu,Mən özüm dağların qərib girovu,Qürbətdə bir şair ömrü yaşadım!Dünya yalan imiş, nədir vecinə,Cənnət yaradarmış heçin heçinə,Qoşula bilmədim durna köçünə,Qürbətdə bir şair ömrü yaşadım!Qəlbimin nisgili necə silinsin,Yuxuma gəlginən gecə silinsin,Çətin bu ayrılıq düzələ bilsin,Qürbətdə bir şair ömrü yaşadım!Qürbət el adamı salır nə kökə,Deyirdim bu dünya düzələ bəlkə,Yaşadım birtəhər, qəm çəkə-çəkə,Qürbətdə bir şair ömrü yaşadım!Həsrəti qəlbimdən silə bilmədim,Dərdimi bir kəslə bölə bilmədim,Deyirdim gələrəm, gələ bilmədim,Qürbətdə bir şair ömrü yaşadım!Dağlardır, dilimin sözü, kəlməsi,Tale naxışımın qaçıb ilməsi,Getdi bir şairin deyib gülməsi,Qürbətdə bir şair ömrü yaşadım!Murovdağ, 2018Sən hardan biləsən bənövşə nədirBir neçə il əvvəl yaşlı bir şairin bənövşə şeirini oxudum, xoşuma gəlmədiKöksümdə sırsıra bağlayıb bahar,Vədəsiz ələnib saçlarıma qar,Könlümdən yol salıb boynuburuqlar,Sən hardan biləsən bənövşə nədir!İtib o həvəsim, o nəşəm mənim,Solub göy çəmənim, göy meşəm mənim,Hər kəsə inanmaz bənövşəm mənim!Sən hardan biləsən bənövşə nədir!Tənhadır, yalqızdır, küsgündür, təkdir,Qoynuna sığınıb dərdini çəkdi,Sən məftun olduğun ayrı çiçəkdir,Sən hardan biləsən bənövşə nədir!Qəlbimdə mən ayrı gül bitirmərəm,Özümlə ətirsiz gül götürmərəm,Onsuz bu dünyadan əl götürmərəm,Sən hardan biləsən bənövşə nədir!Dağlar həsrətindən yaradı könlü,Nisgildən, xiffətdən paradı könlü,Xal düşüb, görən yox qaradı könlü,Sən hardan biləsən bənövşə nədir!Talesiz çiçəyə, gülə neyləyim,Yanaqda leysana, selə neyləyim,Bənövşəyə dönən elə neyləyim,Sən hardan biləsən bənövşə nədir!Həyası, isməti bənizindədir,Xəyalı gül-çiçək dənizindədir,Küsübdür, dağların o üzündədir,Sən hardan biləsən bənövşə nədir!Moskva, 2017DolanımSənlə qoşa çəkilibdi, yar, adım,Bu sevdadan çələng hördüm, daradım,Hər gələndən soraqladım, aradım,Harda qaldın, gəl başına dolanım!Dözəmmirəm, bu istidə, bürküdə,Çox ağırdı həsrətinin yükü də,Saralıbdı gözlərimin kökü də,Harda qaldın, gəl başına dolanım!Bənövşətək yana əymə başını,Meh qurudar gözlərinin yaşını,Gəl bir ataq ayrılığın daşını,Harda qaldın, gəl başına dolanım!Üz çevirmə, inciyərəm, küsərəm,Yollarını baxışımla kəsərəm,Sadiq çıxaq əhdimizə bu kərəm,Harda qaldın, gəl başına dolanım!Sənsiz göydən, asimandan yağır qəm,Sən harayla qanad açıb gələrəm,Bu eşqimiz dastan olar bilirəm,Harda qaldın, gəl başına dolanım!Bu sevdanın həsrət imiş qurğusu,İslanmışın nədən olar qorxusu,Kaş Nəsibin gerçək ola yuxusu,Harda qaldın, gəl başına dolanım!Söz adamıyamYaradan yaradır belə düz əhli,Belədir qürbətin alov, köz əhli,Biri şair deyir, biri söz əhli,Elə doğulandan söz adamıyam!Çeşmələr təzədən oxutmaz məni,Girib qılığıma ovutmaz məni,Dumanı, çiskini qorxutmaz məni,Elə bu dağların öz adamıyam!Nadanlar əlində ləlik olmuşam,Haqsızlıq önündə necə lalmışam,Görürsənmi, fələk düzdə qalmışam,Çünki mən Allahın düz adamıyam.