Aysel Adigözəlzadə üçün ÖZƏL GÜN - FOTOLAR

Aysel Adigözəlzadə üçün ÖZƏL GÜN - FOTOLAR

Bu gün Azərbaycanı “Eurovision - 2009”-da təmsil edən Aysel Adıgözəlzadənin (Teymurzadə) doğum günüdür.

BiG.AZ xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran sosial şəbəkədə paylaşım edib. O, Adıgözəlzadə ilə fotolarını paylaşaraq, onu təbrik edib.

Qeyd edək ki, A.Teymurzadə Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu Murad Adıgözəlzadə ilə ailə qurduqdan sonra müğənnilik karyerası ilə birdəfəlik vidalaşıb. Cütlüyün nikahından 3 övladı var. M.Adıgözəlzadənin ilk nikahından isə 2 övladı daha var.

Fotoları təqdim edirik:

Şahidə Tapdıq

Mədəniyyət xəbərləri
Big.az digər xəbərlər