Azadlıqda olan Təranə kimləri hədələdi?

Azadlıqda olan Təranə kimləri hədələdi?

Prodüser Təranə Səmədova həbsdən çıxandan sonra ilk dəfə sosial şəbəkədə paylaşım edib. SİA-nın məlumatına görə, o, anası və qızı Suellə olan fotosunu "İnstagram" səhifəsində yayımlayaraq bu sözləri yazıb: "Əslində, deyiləcək sözüm bəlkə də lap çoxdur, amma bu müddət mənə daha çox susmağı öyrətdi, ona görə də qısaca olaraq öz ailəmə, sevdiyimə və müəyyən insanlara bu müddət ərzində məni səbrlə və sevgiylə tək buraxmadıqlarına görə çox təşəkkür edirəm. Bir də.. bu müddət mənə bir şeyi də anlatdı – dostu düşməndən ayırmağı, bildim ki, həqiqi dostlarım kimlər imiş, özünü dost kimi qələmə verib, əslində, saxtakarlıq edənlər kimlər imiş...

Allah çox böyükdür, heç vaxt heç kimə pis şeylər arzulamamışam, amma elə buradaca həmin saxta "dostlar"a deyirəm ki, boş-boşuna özünüzü yorub, məni axtarmayın".

Prodüser onun ünvanına təhqir yazanları da unutmayıb: "İstər öz səhifəmdə, istərsə də başqa səhifədə haqqımda xoşagəlməz şərhlər yazanlar, sizinlə qanun çərçivəsində görüşəcəm".

Qeyd edək ki, T.Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə ittiham elan edilərək, bir il müddətinə azadlıqdan məhrum olunmuşdu. O, 6 ay sonra həbsdən azadlığa buraxılıb.

loading...

Mədəniyyət xəbərləri
Sia.az digər xəbərlər