AZAL-ın Prezidenti Batuminin meri ilə görüşüb - FOTO

AZAL-ın Prezidenti Batuminin meri ilə görüşüb -  FOTO

Batumi şəhərinin meri Laşa Komaxidze Bakıda işgüzar səfərdədir.

Metbuat.az xəbər verir ki, mer səfər çərçivəsində aprelin 12-də AZAL-ın prezidenti Cahangir Əsgərovla görüşüb.

Görüşdə tərəflər bu ilin 14 iyun tarixindən etibarən Azərbaycanın loukosteri “Buta Airways” tərəfindən birbaşa müntəzəm reyslərin açılacağından məmnunluq ifadə ediblər.

Cahangir Əsgərovun sözlərinə əsasən, Bakı-Batumi marşrutu üzrə uçuşlar həftədə iki dəfə - cümə və bazar günləri həyata keçiriləcək. Batumi loukosterin Gürcüstanda ikinci istiqaməti olacaq, belə ki, paytaxt Tbilisiyə də gündəlik uçuşlar həyata keçirilir. Cahangir Əsgərov bildirmişdir ki, bundan başqa, AZAL aviaşirkəti də Tbilisiyə birbaşa reyslər həyata keçirir. Onun sözlərinə görə, Azərbaycan və Gürcüstan arasında uçuşların sayının artması işgüzar dairələrin əlaqələrini, turist axınını artıracaq, ümumiyyətlə, regionlararası əməkdaşlığın inkişafına töhfə verəcəkdir. Öz növbəsində, Laşa Komaxidze Azərbaycanın mülki aviasiya sahəsində nailiyyətlərini yüksək qiymətləndirmişdir. Batumi şəhərinin meri qeyd etmişdir ki, Azərbaycan və Gürcüstan bütün istiqamətlərdə, o cümlədən nəqliyyat sahəsində strateji tərəfdaşdırlar.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Cahangir Əsgərov , Azal , Azərbaycan Xəbərləri Class , Bakı Xəbərləri Class , Gürcüstan Xəbərləri Class , Tbilisi , Batumi , Gürcüstan , Azərbaycan , Bakı
Siyasət xəbərləri
Metbuat.az digər xəbərlər