Azay Quliyev Almaniyada keçirilən görüş və tədbirlərin əhəmiyyətindən yazdı

Azay Quliyev Almaniyada keçirilən görüş və tədbirlərin əhəmiyyətindən yazdı

"3-8 may tarixlərində Almaniyadakı tədbirlər və keçirdiyim görüşlər təkcə ATƏT PA çərçivəsində deyil, həm Azərbaycan - Almaniya, həm də Azərbaycan-Almaniya-Türkiyə Parlamentlərarası əməkdaşlığın və dialoqun dərinləşməsi, yeni müstəviyə keçirilməsi baxımından çox əhəmiyyətli oldu".


Bunu Almaniyada səfərdə olan millət vəkili, ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev twitter hesabında yazıb.


Qeyd edək ki, Milli Məclisin deputatları - ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev və ATƏT PA-da nümayəndə heyəti rəhbərinin müavini Tahir Mirkişili Almaniya Bundestaqı və ATƏT PA-nın təşkilatçılığı ilə Almaniyanın Laynsvayler şəhərində keçirilən seminarda iştirak etmək üçün mayın 3-də bu ölkəyə səfərə gediblər.


Siyasət xəbərləri
Moderator.az digər xəbərlər