"Azəpoçt" ötən ili zərərlə başa vurub

"Azəpoçt" ötən ili zərərlə başa vurub

Ötən il ərzində "Azəpoçt" MMC-nin gəlirləri 2017-ci ilin göstəricisi ilə müqayisədə 2,4% artaraq 47,1 mln. manat təşkil edib.

ONA-nın "Azərpoçt"un maliyyə hesabatına istinadən verdiyi məlumata görə, ötən il ərzində MMC-nin xərcləri 47,4 mln. manatdan çox təşkil edib, bu da nəticə etibarı ilə müəssisənin 2018-ci ili 334 min manatdan artıq zərərlə başa vurduğunu göstərir.

ƏTRAFLI

Nar.az

"Azəpoçt"un əməliyyat gəlirləri ötən il ərzində 46,1 mln. manatdan artıq təşkil edib.

Hesabat ilində "Azərpoçt"un işçi heyəti üzrə xərcləri 23 mln. manat, amortizasiya xərcləri – 6,48 mln. manat, sair əməliyyat xərcləri isə 14,9 mln. manat təşkil edib.

www.anews.az

loading...

İqtisadiyyat xəbərləri
Anews.az digər xəbərlər