Azər Həsrət: “Azərbaycan öz mövqeyinə sadiqdir” RƏY-ÖZƏL

Azər Həsrət: “Azərbaycan öz mövqeyinə sadiqdir” RƏY-ÖZƏL

“Ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında xüsusən də Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar vacibdir, gərəklidir”. Bunu SİA-ya açıqlamasında Siyasi şərhçi Azər Həsrət deyib. Onun sözlərinə görə, yəni Azərbaycan öz mövqeyinə sadiqdir: “Bilirsiniz ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib və həmişə də o mövqeyə sadiq qalıb ki, bizim dövlətimiz münaqişəni dinc yolla müharibəsiz həll etməkdə israrlıdır. Lakin Ermənistan bunu tam və zamanında anlamazsa, Azərbaycan əlbəttə ki, müharibə variantını da istisna etmir. Son dövrlərdə münaqişənin həlli istiqamətində XİN başçıları arasında danışıqlar intensivləşib. Belə intensiv danışıqların aparılması ondan xəbər verir ki, Ermənistan ən azından danışıqlar prosesini pozmağın mümkünsüzlüyünü başa düşür. İntensiv şəkildə danışıqlar aparıb məsələnin həllinə nail olmaq lazımdır. Xarici işlər nazirlərinin danışıqların aparılması ilə bağlı görüşləri məsələnin bir mərhələsidir. Əsas məsələlər dövlət başçılarının görüşlərində müzakirə olunur. Bu baxımdan, ATƏT-in Minsk Qrupunun həmsədri olan 3 ölkə ABŞ, Rusiya və Fransa da zirvə görüşünün keçirilməsində maraqlıdırlar. Onlar düşünür ki, hər iki dövlətin ən ali rəhbərinin iştirakı ilə görüşlərin keçirilməsi işin daha intensiv şəkildə sürət götürməsinə səbəb ola bilər”.

GÜLYANƏ

Siyasət xəbərləri
Sia.az digər xəbərlər