Azərbaycan 2020-ci ildə Avropaya qaz tədarük etməyə başlayacaq

Azərbaycan 2020-ci ildə Avropaya qaz tədarük etməyə başlayacaq

Azərbaycan qazının “Trans-Adriatik” (TAP) boru kəməri ilə Avropaya kommersiya tədarükü 2020-ci ilin ikinci yarısından başlayacaq.


“RİA Novosti”nin məlumatına görə, bunu SOCAR-ın Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyev deyib.


“Azərbaycan qazının TAP kəməri ilə Avropaya kommersiya tədarükü 2020-ci ildə başlayacaq, lakin dəqiq ayı açıqlamayacağam. Qazın sınaq tədarükünə daha əvvəl başlanıla bilər”, - V.Əliyev jurnalistlərə deyib.


O əlavə edib ki, “Trans-Adriatik” boru kəmərinin tikintisində heç bir ləngimə yoxdur və 1 iyul 2019-cu il tarixində boru kəməri Azərbaycan qazının Avropaya nəqli üçün tam hazır olacaq.(oxu.az)

Açar sözlər
Vaqif Əliyev , Ria Novosti , Socar , Azərbaycan
İqtisadiyyat xəbərləri
602 mindən çox şəxs kompensasiya alacaq

602 mindən çox şəxs kompensasiya alacaq

20-04-2019 00:46 - Yenisabah.az - İqtisadiyyat
Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanının icrası olaraq fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə kompensasiyaların verilməsi ilə bağlı hazırlıq işləri başa çatdırılıb. Maliyyə Bazarlarına Nəzarət Palatasından “Yeni Sabah”a verilən məlumata görə, palata kompensasiya ödənişinin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edərək, hər bir kredit təşkilatı və ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Maliyyə Nazirliyinə və Mərkəzi Banka təqdim edib. Maliyyə Bazarlarına Nəzarət Palatasından təqdim edilmiş siyahıya uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən müvafiq vəsaitlərin kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla), ləğvetmə prosesində olan bankların və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, bank olmayan kredit təşkilatlarının, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarının isə poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülməsinə 19 aprel 2019-cu il tarixindən başlanılıb. Kompensasiya alacaq şəxslərin sayı 602.347 nəfər təşkil edir.
Moderator.az digər xəbərlər