Azərbaycan atom yanacağı istehsal etmək üçün təkliflər hazırlayacaq

 Azərbaycan atom yanacağı istehsal etmək üçün təkliflər hazırlayacaq

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi atom yanacağının istehsalı ilə bağlı təkliflər hazırlayıb hökumətə təqdim edəcək.

Xeberler.az-ın məlumatına görə, bunu Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda deyib.

Nazir hesabatında xatırladıb ki, nüvə texnologiyalarının sülh məqsədləri ilə istifadəsi sahəsində Milli Nüvə Tədqiqatları Mərkəzinin tikintisi davam etdirilib, regionda ilk olan, kənd təsərrüfatı və təbabətdə sterilizasiya məqsədli "Qamma şüalanma kompleksi"nin qurulması işləri başa çatmaq üzrədir. Onun sözlərinə görə, bu ilin noyabr ayında kompleksin istifadəyə verilməsi planlaşdırılır.

Əli Abbasov qeyd edib ki, tədqiqat nüvə reaktorunun layihələndirilməsi üzrə Beynəlxalq Atom Enerji Agentliyi ilə razılaşdırılması ölkəmizdə bu sahə üzrə tənzimləyici orqan olan Fövqəladə Hallar Nazirliyi ilə birgə həyata keçirilir. Nazirin sözlərinə görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə nüvə materialları yataqlarının arxeoloji axtarışına başlanılıb.

“Bu işlərdə məqsəd, əgər kifayət qədər resurslar tapılarsa, ölkəmizdə atom yanacağının istehsalı təkliflərini hazırlayıb hökumətə təqdim etməkdir”, deyə Əli Abbasov vurğulayıb.

Xeberler.az bildirir ki, artıq 2 ildir ki, MDB məkanında Rusiya və Qazaxıstanın ortaq uran zənginləşdirmə müəssisəsi fəaliyyət göstərir.

Mirvari Nəcəf

Siyasət xəbərləri
Qəbul imtahanın baza fənlərində dəyişiklik ediləcək

Qəbul imtahanın baza fənlərində dəyişiklik ediləcək

13-07-2015 16:39 - Sia.az - Siyasət
Baza ali tibb təhsili səviyyəsində istiqamətlər (fakültələr) Rezidenturaya qəbul üçün imtahan fənləri Baza fənləri İxtisas fənləri 1 2 3 I. Müalicə işi, Pediatriya İnsan anatomiyası İnsan fiziologiyası Histologiya Patologiya Mikrobiologiya Farmakologiya Biokimya Daxili xəstəliklər (kardiologiya, pulmonologiya, qastroenterologiya, endokrinologiya, nefrologiya, hematologiya, nevrologiya, yoluxucu xəstəliklər, psixiatriya) Cərrahlıq (ümumi cərrahlıq, cərrahi xəstəliklər, uşaq cərrahlığı) Mamalıq və ginekologiya Uşaq xəstəlikləri (uşaq xəstəliklərinin propedevtikası, neonatologiya) II. Stomatologiya İnsan anatomiyası İnsan fiziologiyası Histologiya Patologiya Mikrobiologiya Farmakologiya Biokimya Terapevtik stomatologiya Ortopedik stomatologiya Üz-çənə cərrahiyyəsi Uşaq stomatologiyası III. Tibbi-biologiya İnsan anatomiyası İnsan fiziologiyası Histologiya Patologiya Mikrobiologiya Biokimya Klinik biokimya Genetika IV. Tibbi-profilaktika İnsan anatomiyası İnsan fiziologiyası Histologiya Patologiya Mikrobiologiya Farmakologiya Biokimya Yoluxucu xəstəliklər Gigiyena (ümumi, kommunal, qidalanma, əmək) Epidemiologiya Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"na əsasən, rezidenturada dövlət sifarişi əsasında təhsil almış şəxslər rezidenturanı bitirdikdənsonra Səhiyyə Nazirliyinin göndərişi ilə dövlət səhiyyə müəssisələrində 3 il müddətində əmək fəaliyyətini davam etdirməlidirlər.
Xeberler.az digər xəbərlər