Azərbaycan Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlini bərpa etməyib - SƏBƏB

Azərbaycan Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlini bərpa etməyib - SƏBƏB

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bakı-Novorossiysk boru kəmərinin Azərbaycan sahəsində davam edən təmir işləri ilə əlaqədar neft nəqlini bərpa etməyi planlaşdırmır.


"Kommersant.az" xəbər verir ki, bunu şirkətin ictimaiyyətlə əlaqələr üzrə nümayəndəsi İbrahim Əhmədov deyib.

O, təmir işlərinin başa çatacağı tarix barədə konkret məlumat verməyib.

Qeyd edək ki, Azərbaycan Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlini mart ayında dayandırıb. SOCAR-ın nümayəndəsi bildirib ki, bu istiqamətdə nəqli nəzərdə tutulan neft Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə tədarük edilir.

Trend

İqtisadiyyat xəbərləri
Kommersant.az digər xəbərlər