Azərbaycan bazarına yeni kart çıxır - BAKIDA MÜQAVİLƏ İMZALANDI

Azərbaycan bazarına yeni kart çıxır - BAKIDA MÜQAVİLƏ İMZALANDI

15:28 - “PAŞA Bank” və “Türk Hava Yolları” birgə “Co-branding” (birgə markalaşma) məhsulunu təqdim edib.

“Marja”nın məlumatına görə, təqdimat mərasimində "PAŞA Bank"ın Baş əməliyyat inzibatçısı Cəlal Orucov bildirib ki, Azərbaycanın aparacı korporativ bankı olan “PAŞA Bank” və dünyanın ən böyük avia şirkətlərindən biri olan “Türk Hava Yolları” eksklüziv tərəfdaşlığa başlayır.

"Azərbaycanın maliyyə bazarlarında ilk dəfə olaraq “PAŞA Bank” “Türk Hava Yolları” ilə birgə şəkildə “Miles&Smiles” kartını müştərilərə təqdim edir. Bu kartın bazara çıxarılması -“PAŞA Bank”ın nağdsız əməliyyatların inkişafına və elektron ödənişlərin genişlənməsinə dəstək strategiyasının tərkib hissəsisdir",- Cəlal Orucov bildirib.

“PAŞA Bank” və “Türk Hava Yolları”nınbirgə kartını əldə edən müştərilər,həm ölkə daxilində, həm də ölkə xaricində əməliyyatlar aparmaqla “Türk Hava Yolları”ndan millər qazanacaqlar. Bumillər hesabına biletəldə etmək mümkün olacaqdır.

Təqdimat mərasimində “PAŞA Bank” və “Türk Hava Yolları” arasındaeksklüziv tərəfdaşlıq haqqındamüqavilə imzalanıb.


15:40 - Aktivlərinin həcminə görə Azərbaycanın ən böyük özəl bankı PAŞA Bank Azərbaycanda ilk dəfə olaraq dünyanın ən böyük aviaşirkətlərindən biri Türk Hava Yolları ilə eksklüziv tərəfdaşlığa başlayır.

Belə ki, Azərbaycan maliyyə bazarında birinci dəfə olaraq PAŞA Bank Türk Hava Yolları ilə ko-brendinq formatında PAŞA Bank Miles&Smiles kartını müştərilərin ixtiyarına verir.



PAŞA Bank Miles&Smiles kartı sahibləri ticarət və xidmət obyektlərində PAŞA Bankın POS terminallar şəbəkəsi daxilində və xaricində ödənişləri nağdsız həyata keçirmək, mil qazanmaq və toplanan milləri Türk Hava Yollarının 308 uçuş istiqamətləri üzrə biletə çevirmək imkanı əldə edir. Cari prinsip nəinki ölkə-daxili, həmçinin ölkə-xarici nağdsız ödənişlər üçün də keçərlidir.

Bundan başqa, Müştəri Bankın partnyor şəbəkəsində PAŞA Bank Miles&Smiles kartı ilə ödəniş zamanı əlavə millər qazanmaq şansı da əldə edəcək. Həmçinin, PAŞA Bankın Miles&Smiles kartı ilə otel rezervasiyası, avtomobil icarəsi, istirahət və alış-veriş ödənişləri zamanı 35 faizə qədər endirimlərdən faydalanmaq imkanı da təqdim olunur.



PAŞA Bankın Miles&Smiles kartının digər bir özəlliyi də kart sahibinə ilkin ödəniş müqabilində əlavə bonus millər (“Welcome milləri” funksiyası), eyni zamanda, öncədən aviabilet və ya digər xidmətlərə dəyişmək üçün əlavə millər (“Avans Millər” funksiyası) hədiyyə olunması imkanıdır. Bundan başqa, PAŞA Bankın Miles&Smiles kartının sahibləri Türk Hava Yolları tərəfindən “Miles & Smiles” bonus proqramı çərçivəsində konsyerj xidməti (çağrı və “Chatbot”), dünyanın bütün hava limanlarında VİP gözləmə otaqlarında qonaq olmaq, səyahət zamanı sığortalanma və digər bir sıra imtiyazlardan yararlanmaq şansı əldə edəcəklər.



PAŞA Bankın İdarə Heyətinin üzvü, Baş əməliyyat inzibatçısı Cəlal Orucovun sözlərinə görə ölkənin aparıcı banklarından biri PAŞA Bank və dünyanın ən böyük aviaşirkətlərindən biri olan Türk Hava Yolları arasındakı bu mühüm əməkdaşlıq hər iki tərəf üçün geniş biznes imkanları yaradacaqdır.



“Biz Türk Hava Yolları ilə eksklüziv tərəfdaşlıqda ərsəyə gətirdiyimiz unikal məhsulu təqdim etməkdən qürur duyuruq. Onu da qeyd etmək istərdim ki, PAŞA Bankın Miles&Smiles kartı yalnız PAŞA Bank müştəriləri üçün deyil, ümumiyyətlə bütün əhali üçün nəzərdə tutulub. PAŞA Bankın Miles&Smiles kartının sahibləri kart vasitəsilə etdikləri ödənişlər onlara xüsusi millər qazandıracaq ki, həmin millərlə də dəyərli müştərilərimiz Türk Hava Yollarının bir sıra xidmətlərindən yararlana biləcəklər. İnanıram ki, bu yeni layihə həm müştərilər, həm Bankımız və ən önəmlisi, nağdsız hesablaşmaların artacağı təqdirdə ölkəmizin iqtisadiyyatı üçün də fayda verəcək” – deyə C.Orucov nitqini yekunlaşdırdı.



Türk Hava Yollarının Baş Marketinq İnzibatçısı Ahmet Olmuşdur qeyd edir: “Bu gün PAŞA Bank ilə belə bir önəmli tərəfdaşlıq sazişini imzalamaqda məqsədimiz 50 000-dən çox Azərbaycan rezidenti üzvlərini Türk Hava Yollarının 10 milyon Miles&Smiles üzvlərini, 60 proqram tərəfdaşlarını və 143 tərəfdaş brendləri özündə ehtiva edən üzvlük platformasına əlavə etməklə onlara Türk Hava Yollarının təklif etdiyi üstünlüklərdən bəhrələnmək imkanı vermək və onlar üçün bazarda mövcud olan istənilən kredit kartı ilə müqayisədə daha böyük faydalar yaratmaqdır. Biz inanırıq ki, böyük əhəmiyyət kəsb edən bu təşəbbüs iki qardaş ölkənin iki güclü brendi üçün çox faydalı olacaq və daha da geniş tərəfdaşlıq üçün böyük zəmin yaradacaq.

İqtisadiyyat xəbərləri
Marja.az digər xəbərlər