"Azərbaycan Dəmir Yolları" QSC-nin maşinisti teplovozdan yıxılıb öldü

"Azərbaycan Dəmir Yolları" QSC-nin  maşinisti teplovozdan yıxılıb öldü

Bakıda maşinist teplovozdan yıxılaraq ölüb.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Nərimanov rayonu, Z.Bünyadov prospektində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus teplovozun maşinisti Çıxkərimov Nizami Hacıkərim oğlu Keşlə stansiyasından Bakı Metropoliteninə gedən dəmir yolu xəttinin üzərində olan işıq kabelini qaldırmaq üçün teplovozun üzərinə çıxıb və ehtiyatsızlıqdan oradan yıxılaraq ölüb.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Nizami Hacıkərim , Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti , Bakı Metropoliteni , Nərimanov Rayon Prokurorluğu , Azərbaycan Xəbərləri Class , Bakı Xəbərləri Class , Bakı , Nərimanov
Hadisə xəbərləri
Metbuat.az digər xəbərlər