Azərbaycan diasporu Moskvada "Ölməz alay" aksiyasında iştirak edib

Azərbaycan diasporu Moskvada "Ölməz alay" aksiyasında iştirak edib

Rusiyanın paytaxtı Moskva şəhərində"Ölməz alay" aksiyası keçirilib.

"Report"un Rusiya bürosunun verdiyi məlumata görə, bir milyona yaxın insanın qatıldığı el şənliyində moskvalılarla yanaşı, şəhərin qonaqları, həmçininAzərbaycan diasporu da iştirak edib.

Rusiya Azərbaycanlı Gənclər Birliyi (AMOR) və Rusiyadakı Azərbaycan İcmasının nümayəndələri əllərində Azərbaycan bayraqları və İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərmiş və həlak olmuş həmvətənlərimizin şəkillərini tutaraq "Belarusskaya" metrostansiyasından başlayaraq Tverskaya küçəsi boyunca Kremlə yürüşdə iştirak ediblər.

"Müharibə iştirakçılarının burada portretlərini göstəririk, Azərbaycanımızın bayrağını uca tuturuq və bu tədbirdəçox böyük fəxrlə iştirak edirik, çünki biz Azərbaycan xalqı olaraq bu müharibənin ən vacib iştirakçılarından biri olmuşuq. Qələbədə Azərbaycanın çox böyük rolu olub. İnşallah bu yürüşü Qarabağda, Şuşada edərik", -Azərbaycan diasporunun üzvü Əli Kazımov "Report"un əməkdaşına deyib.

Qeyd edək ki, Rusiya Daxili İşlər Nazirliyi "Ölməz alay" aksiyası ilə bağlıAzərbaycan və Ermənistan diasporlarına müraciət edib, təxribata əl atmamağa çağırıb.

Siyasət xəbərləri
“Qələbə Günü” Nərimanovda  - FOTOLAR

“Qələbə Günü” Nərimanovda - FOTOLAR

09-05-2019 15:14 - Moderator.az - Siyasət
Sahəsi 11 min 220 kvadratmetr olan ərazidə inşa olunan, müharibə zamanı Bakıdakı hospitallarda vəfat etmiş, arasında müxtəlif xalqların nümayəndələrinin də mövcud olduğu 1462 qəhrəman döyüşçünün dəfn olunduğu “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksinin dövlətimizin başçısının xüsusi diqqət və qayğısı sayəsində yaradıldığını nəzərə çatdıran icra başçısı, tezliklə sözügedən kompleksdə Heydər Əliyev Fondu tərəfindən yenidənqurma işlərinin həyata keçiriləcəyini və faşizm üzərində Qələbənin 75-ci ildönümünün artıq tam yenilənmiş olacaq fərqli bir görünüşlü məkanda baş tutacağını bildiridiA.Fərzəliyev ölkə həyatının bütün sahələrində həyata keçirilən islahatları, o cümlədən də hərbi sahədə əldə olunmuş nailiyyətləri qeyd edərək, mənfur düşməni böyük ruh yüksəkliyi ilə hər an məhv etməyə qadir yenilməz və mütəşəkkil ordumuzun olduğunu, vaxtilə babalarımızın qəhrəmanlıq göstərərək faşizm üzərində əldə etdiyi möhtəşəm qələbənin davamının tezliklə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəbərliyi altında bu günkü gənc nəslin təmsil etdiyi şanlı ordumuzun sayəsində torpaqlarımızın işğaldan azad olunması və son nəticədə erməni faşizmi üzərində qələbə ilə bitəcəyinə əminlik ifadə edib.
Report.az digər xəbərlər