Azərbaycan Dövlət Neft Fondu bu ilin I rübündə valyuta satışını 18,4% artırıb

Azərbaycan Dövlət Neft Fondu bu ilin I rübündə valyuta satışını 18,4% artırıb

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2019-cuilin birinci rübü ərzində 1 551,6mln. ABŞ dolları məbləğində valyuta satıb.

ONA apardığı hesablamalara görə, bu göstəriciötən ilin yanvar-mart ayları ilə müqayisədə 241,4mln. dollar və ya 18,4% çoxdur.

Qeyd edək ki,ARDNF tərəfindən 2019-cu ilin mart ayı ərzində 600,5 mln. ABŞ dolları məbləğində vəsait satılıb. Ötən ilin mart ayı ilə müqayisədə Fond tərəfindən realizə olunan dolların həcmi 7,2% azalıb.

Açar sözlər
Azərbaycan Respublikası Dövlət Neft Fondu , Abş
Hadisə xəbərləri
Ona.az digər xəbərlər