Azərbaycan əlvan metal filizi yataqlarının təhlilində dronlardan istifadə etməyə başlayıb

Azərbaycan əlvan metal filizi yataqlarının təhlilində dronlardan istifadə etməyə başlayıb

"AZDynamics" şirkəti məlumat yayıb

Azərbaycanda əlvan metal filizi yataqlarının təhlili dronlar vasitəsilə aparılır. BunuONA-ya "AZDynamics" şirkətindən deyiblər.

Şirkətdən bildirib ki, monitorinqlər ərazilərin fotorealistik 3D modeli üzərində aparılır və hazırda təklif olunan bu yeni xidmət vasitəsilə müxtəlif sahələrdə dövlət səviyyəsində 4 layihə icra olunub.

"Layihələr əsasən, kənd təsərrüfatı, ekologiya və mədənçilik sahələrində icra olunub", - deyə şirkətdən bildiriblər.

Göstərilən xidmət vasitəsilə meşə ərazilərində karbon ehtiyatlarını hesablama imkanı, NDVI multispektral analizin aparılması, ərazini 3D xəritə üzərində ölçmə imkanı, su hövzələrinin həcm ölçümü, eroziya prosesinin monitorinqini, mədən ərazilərinin rəqəmsal təhlili və monitorinqini aparmaq imkanı yaradılır.

pia.az